skip to Main Content
(+994) 55 817 57 45 zeynalovsamil@mail.ru

Bu proqramı yalnız 5% batareyanız qaldıqda istifadə edə bilərsiz

Die With Me 

Google Play və App Store-da satışa çıxarılan bu tətbiqin maraqlı bir xüsusiyyəti var. Die with me istifadə etmək üçün, batareyanız 5 faizdən aşağı olmalıdır. Əks halda, bu tətbiqdən istifadə edə bilməyəcəksiniz.
Eyni zamanda bu girdiyiniz söhbət otaqlarında olan istifadəçilərin də batareyası 5%-dən aşağı olur. Qısacası tam söhbətə başlamaq istəyərkən telefonunuz sönə də bilər.
Maraqlıdır ki, tətbiq telefonunuzu şarj etdiyiniz zaman işləmir. Yəni, batareyanızı 1 ilə 5 arasında saxlamaq vacibdir.

Qısa müddətdə Avropada və Amerikada məşhur olan Die With Me istifadəçilərinə fərqli bir söhbət təcrübəsi təqdim edir. Normalda batareyanız azaldıqda parlaqlığı azaldıb digər proqramları bağlayırdıqsa, bu tətbiq ilə batareyamız daha sürətlə geriliyir. Bu tətbiqi istifadə etmək nə qədər məntiqə uyğundur bu isə sual altındadır.

Nəticə olaraq isə söhbət otaqlarının da çox vaxt dolu olduğu bu tətbiq gündən-günə məşhurlaşır.

Növbəti faydalı məlumatları izləmək üçün facebook səhifəmizi bəyənməyi unutmayın:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search